30 Sentyabr 23:35
30 Sentyabr 23:33
30 Sentyabr 23:19
İran nümayəndə heyəti Nyu-Yorku qrafikə uyğun olaraq tərk edib
İsrail "Flydubai" insidenti ilə bağlı araşdırmada iştirak edə bilər
ABŞ Trampın prezidentliyinin başlanğıcından bəri 250 minə yaxın vizanı ləğv edib
Tramp: "Hörmüz boğazına tam nəzarət edirik, lakin vəziyyət dəyişə bilər"
Tramp İrana qarşı sərt xəbərdarlıq etdi: "Ya saziş, ya da zərbələr"
08:15
385
2024-cü ilin sonunda Suriyanın yeni keçid hökumətinin rəhbəri Əhməd əl-Şəraanın hakimiyyətə gəlməsi ilə ölkənin xarici siyasət kursu kəskin şəkildə dəyişdi. Yeni rəhbərlik praqmatizmi və beynəlxalq təcdiddən sürətlə çıxmağı prioritet kimi müəyyən etdi.
Xalqcebhesi.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Vasili Papava deyib.
"Elə ilk aylardan etibarən diplomatik əlaqələrin bərpası prosesi fəal şəkildə başladı və bu proses Ərəb ölkələri, Avropa, Türkiyə, ABŞ və hətta Rusiyadan gələn onlarla nümayəndə heyətinin qəbul edilməsi ilə müşayiət olundu. Bu mərhələdə sanksiyaların aradan qaldırılması və dağılmış iqtisadiyyatın bərpası məqsədilə investisiyaların cəlb edilməsi əsas prioritetlərə çevrildi" - o, vurğulayıb.
Papava deyib ki, xarici təhlükəsizlik məsələsinə gəldikdə, yeni lider ardıcıl olaraq bəyan edirdi ki, Suriya artıq İran təsirinin yayılması üçün tramplin rolunu oynamayacaq və qonşuları üçün təhlükə yaratmayacaq.
Nəticədə, onun komandanlığı altındakı qüvvələr İran strukturlarını və "Hizbullah"ın qalıqlarını sıxışdırıb çıxarmaq, silah qaçaqmalçılığının qarşısını almaq, "İslam Dövləti"nə qarşı beynəlxalq koalisiya ilə əməkdaşlıq etmək və keçmiş rejimlə əlaqəli şəbəkələri ləğv etmək istiqamətində fəal şəkildə işə başladılar:
"Rusiyaya gəldikdə isə, o, Əsəd rejiminə keçmişdə göstərdiyi dəstəyə baxmayaraq, Hmeymim və Tartus bazalarında məhdud sayda kontingent saxlayıb və Moskvanı BMT Təhlükəsizlik Şurasında faydalı tərəfdaş, həmçinin hərbi texnika təchizatçısı kimi görən yeni hökumətlə dialoqu davam etdirib.
Nəticədə, əvvəllər beynəlxalq sanksiyalara məruz qalmış keçmiş üsyançı lider qlobal oyunçuların tanınmış tərəfdaşına çevrilə bildi.
Bu gün o, Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ, Avropa və Rusiya arasında maraqları məharətlə tarazlaşdırır. Hazırda əsas çağırış bu diplomatik uğurları daxili sabitliyə çevirmək və öz milli maraqlarına güzəştə getmədən İsraillə dayanıqlı razılaşma əldə etməkdən ibarətdir".
Cavid