“İslam Dövləti” 20 türk hərbçisini əsir götürüb Dünya

“İslam Dövləti” 20 türk hərbçisini əsir götürüb

"İslam Dövləti" terror qruplaşmasının silahlıları Suriyanın Hələb şəhərində 20 türk hərbçisini əsir götürüb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın "Əl Mayəddin" telekanalı məlumat yayıb. Məlumata görə, əsir götürülən hərbçilər Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman Şahın məqbərəsini qoruyurmuşlar.
Türkiyənin baş nazirinin müavini Bülənt Arınç bundan əvvəl məqbərənin "İslam Dövləti" silahlılarının mümkün hücumlarından qorunmasının vacibliyini qeyd etmişdi. O, həmçinin Suriya və İraqa hərbi müdaxiləni nəzərdə tutan mandatın artıq Türkiyə parlamentinə təqdim olunduğunu bildirmişdi.
Qeyd edək ki, Süleyman Şahın məqbərəsi Hələb şəhəri yaxınlığında, Cabir qalasının yanında yerləşir. 1921-ci ildə imzalanmış müqaviləyə əsasən, məqbərə Suriya ərazisində türk anklavı hesab edilir və Türkiyə hərbçiləri tərəfindən mühafizə olunur.