Putin qoşunlarını geri çəkir Dünya

Putin qoşunlarını geri çəkir

Nemtsov Putinin qarşısına qoyduğu məqsədə nail olmadığını deyib

Cavid

Ötən gün Rusiya prezidenti Vladimir Putin Dövlət Təhlükəsizlik Şurasının üzvləri ilə təcili toplantı keçirib. Məlumata görə, bu barədə Rusiya prezidentinin sözxüsü Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, toplantıda əsasən İŞİD terror qruplaşması, Ebola virusu, Ukrayna münaqişəsi və ABŞ-la münasibətlər müzakirə edilib. İclasda baş nazir Dmitri Medvedyev, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliyev, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov və Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov iştirak ediblər.
Dmitri Peskov görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, ötən gün İŞİD Rusiyaya hücum edəcəyini açıqlamışdı. Bundan sonra isə Rusiya prezidenti Vladimir Putin gözlənilən qərar verib. Kremlin saytında yerləşdirilmiş məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə yerləşən Rostov vilayətində hərbi təlimlərə cəlb olunmuş bütün hərbçilərin daimi dislokasiya yerlərinə qaytarılmasına dair göstəriş verib. Söhbət ümumilikdə 17600 Rusiya hərbçisindən gedir. Putin rus hərbçilərinin Ukrayna sərhədindən geri çağrılmasına dair qərarı ölkənin müdafiə naziri Serqey Şoyqu ilə görüşündən sonra verib.
Rusiya prezidentinin bu qərarı onun ukraynalı həmkarı Pyotr Poroşenko ilə gələn həftə İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edib.
Rusiyalı müxalif lider Boris Nemtsov öz Feysbuk səhifəsində yazıb ki, "Novorossiya" layihəsi bağlandı. O, Putinin 17,6 minlik qoşunun özünün daimi xidmət yerindən dislokasiyası haqqında əmr verdiyini bildirib. Nemtsov Putinin qarşısına qoyduğu məqsədə nail olmadığını deyib.
Onu da bildirək ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefonla danışıb. Telefon danışığında tərəflər oktyabr ayının 16-17-də İtaliyanın Milan şəhərində keçiriləcək "Asiya-Avropa" sammitinin gündəliyini müzakirə ediblər. Vladimir Putinin oktyabr ayının 17-də Milanda Ukrayna prezidenti Petro Poroşenko ilə də görüşəcəyi deyilir.
Putinin Ukrayna ilə sərhəddə hərbçilərin geri çəkilmə əmrindən sonra Avstraliya höküməti gələn ay keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyini bildirib. Avstraliyada maliyyə məsələlərinə cavabdeh Joe Hockey bildirirb ki, Rusiya Putinin Brisbane-də keçiriləcək sammitə qatılacağını təsdiqləyib. Şübhə yoxdur ki, Putinin iştirakı 6 aydır davam edən və 3 min 300-dən çox adamın ölümünə səbəb olan Kiyev və Rusiyayönlü qüvvələr arasında gedən münaqişəyə görədir. İyulun 17-də Ukrayna səmasında vurulan sərnişin təyyarəsinə görə Avstraliya Rusiyanı günahlandırmışdı. 298 qurban arasında onlarla avstraliyalı da vardı. Ukrayna prezidenti Petro Poroşenko da gələn həftə Putinlə görüşəcəyini deyib. Petro Poroşenko görüşün Milanda, Avropa- Asiya Görüşü sammitinin keçiriləcəyi ərəfədə olacağını bildirib. Almaniyanın kansleri Angela Merkel və Britaniyanın baş naziri David Cameron da bu görüşdə iştirak edəcək. G20 sammiti 20 ölkə liderlərinin illik görüşüdür.