İranda daha 203 nəfər koronavirusdan ölüb Dünya

İranda daha 203 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində daha 203 nəfər koronavirusdan (COVID19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 13 032 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 2 349 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 259 652 nəfərə çatıb. Virus daşıyıcılarından 3 375 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi İranda indiyədək 222 539 nəfərin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, İranın Xuzistan, Rəzəvi Xorasanı, Qərbi Azərbaycan və Mazandaran vilayətlərində vəziyyət daha təhlükəlidir.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,99 milyondan çox test həyata keçirilib.