Papuaşvili: "Avropanı Aİ və Brüssel rəhbərlərindən xilas etmək lazımdır" Dünya

Papuaşvili: "Avropanı Aİ və Brüssel rəhbərlərindən xilas etmək lazımdır"

Avropa İttifaqı Avropanı sivilizasiya baxımından məhv edir.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə səsləndirib.

"Demək olar ki, Aİ bu gün Avropanı sivilizasiya baxımından məhv edir. Biz məhz bu səbəbdən Brüsselə və Aİ-yə qarşı tənqidi mövqedəyik - Avropanı, yaradılmasında iştirak etdiyimiz o sivilizasiyanı xilas etmək üçün. Biz Aİ-nin bu gün Avropanı hara sürülədiyini görürük", - deyə Papuaşvili bildirib.

Papuaşvili vurğulayıb ki, "Avropa sivilizasiya uçurumuna tamamən yuvarlanmasın deyə, bu gün onu Brüsselin özündən və Avropa İttifaqı rəhbərlərindən xilas etmək lazımdır".

Məryəm Quliyeva