Yaponiyadan Putinə qadağa Dünya

Yaponiyadan Putinə qadağa

Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin bu ilin payızında nəzərdə tutulmuş səfərinin baş tutmayacağını elan edib.
Yaponiya Baş naziri Sindzo Abe noyabrda Pekində keçiriləcək konfransda Putinlə danışıqlar prosesinin davam etdirilməsi üçün görüşmək niyyətindədir. Amma Rusiya dövlət başçısının Yaponiyaya səfərindən söhbət belə gedə bilməz.
Putinin bu ölkəyə səfəri hələ bu ilin fevral ayında razılaşdırılmışdı. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra yapon hökuməti bunu təxirə saldı, həmçinin nazir müavinləri səviyyəsində avqusta keçirilməsi nəzərdə tutulan rus-yapon məsləhətləşmələri də ləğv edildi.
Yaponiya Xarici İşlər Nazirliyi Ukraynada vəziyyətin sabitləşməsi ilə bağlı real addımlar atılmayacağı təqdirdə səfər məsələsinə baxmayacaqlarını bildirib.
Yaponiya Baş naziri Sindzo Abe noyabrdakı konfransda Putindən rus-yapon siyasi dialoqunun yenilənməsi üçün Ukrayna konfliktinin sülh yolu ilə həllini istəyəcək.