Ermənistanda daha bir etiraz aksiyası Dünya

Ermənistanda daha bir etiraz aksiyası

İrəvanda Ermənistan hökumətinin binası qarşısında "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında" qanunla nəzərdə tutulmuş hamiləliyə görə maddi yardım sisteminə dəyişiklik edilməsinə qarşı etiraz aksiyası keçirilib. Bu barədə "Panarmenian.net" yazır.
Dövlət İctimai Təminat Xidməti "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında" qanuna düzəliş layihəsi hazırlayıb. Həmin düzəlişlərdə "hamiləlik və doğum müavinəti" sözünün "analığa görə maddi yardım"la əvəz edilməsi təklif olunur.
Bununla yanaşı, fəalların sözlərinə görə, dəyişikliklər layihəsi 2015-ci ildən işləyən qadınlara əmək stajından asılı olaraq verilən müavinətin azaldılmasını nəzərdə tutur: "Biz işləməyən analara müavinətlərin verilməsini alqışlayırıq, amma bunun işləyən anaların hesabına edilməsini yox".
Onlar hökumətə öz məktub-müraciətlərini təqdim edərək hakimiyyəti işləyən analar arasında doğum sayının ixtisarına, əmək fəaliyyətinə yararlı əhalinin miqrasiyasının artmasına, həmçinin sosial bərabərlik və gender hüquq bərabərliyi prinsiplərinin pozulmasına imkan yaradan belə dəyişikliklərin qəbulundan çəkinməyə çağırıblar.