ABŞ Türkiyə konsulluğunu bombaladı Dünya

ABŞ Türkiyə konsulluğunu bombaladı

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya aid hərbi hava qüvvələri İraqın Mosul vilayətində İŞİD radikal terrror qruplaşmasının hədəflərinə hücum edib.
Əməliyyatda vurulan binalar arasında İŞİD-in nəzarətə aldığı Türkiyənin Baş Konsulluğu da var. Mosul vilayətində səhər saatlarında koalisiya gücləri tərəfindən atəş həyata keçirilib.
Məlumata görə əməliyyatda vurulan yerlər arasında İŞİD-in baş qərargah və digər məqsədlər üçün istifadə etdiyi Türkiyə Baş Konsulluğu , şəriət çməhkəməsi binası, polis mərkəzi ilə gənclik və idman nazirliyi binası da yer alıb.
Xəbərdə çoxlu sayda İŞİD radikal qruplaşması üzvlərinin öldürülməsi bildirilsə də dəqiq say açıqlanmayıb.