Erməni deputatdan çağırış Dünya

Erməni deputatdan çağırış

"Ermənistan Rusiyanın dağıntıları altında qalmamalıdır"

"Ermənistan Rusiyanın dağıntıları altında qalmamalıdır".
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu "İrs" partiyasının deputatı Zaruhi Postancyan Ermənistan parlamentinin xüsusi sessiyasında çıxışı zamanı bəyan edib.
"Rusiya çökür, onun qalıqları altında qalmaq Ermənistanın maraqlarına uyğun deyil", - deyə o bildirib.
Deputatın sözlərinə görə, Ermənistan hökuməti hazırkı siyasi xətti davam etdirsə, bu dağıntının altında qalacaq: "Bu üzdən də Ermənistan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqından imtina etməlidir".