“Mövqe döyüşləri Ermənistanı narahat edib” Dünya

“Mövqe döyüşləri Ermənistanı narahat edib”



"Dağlıq Qarabağda başlaya biləcək müharibə başqa ərazilərə də keçə bilər"

Başa 2014-cü il ərzində Qarabağ münaqişəsi ətrafında gedən rroseslərlə bağlı hansı hadisələr yadda qaldı? "Atlas" Araşdırmalar Mərkəzi hazırladığı təhlildə göstərilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan yanvarın 24-də Parisdə bir araya gəldilər: "Görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşmiş, atəşkəs intensiv şəkildə rozulurdu. Atəşkəsin rozulmasına görə Azərbaycan Ermənistanı, Ermənistan isə əksinə Azərbaycanı ittiham edirdi. Azərbaycan ordusu Dağlıq Qarabağda hər hansı uğurlu əməliyyat keçirərək, qarşı tərəfi itkiyə məruz qoyursa və ya hər hansı coğrafi yüksəkliyi ələ keçirirsə, bir neçə gün sonra Ermənistan fərqli məkanda cavab aksiyası həyata keçirməyə çalışır. Məsələn, yanvar ayında atəşkəsin rozulması nəticəsində Dağlıq Qarabağda bir erməni zabiti həlak oldu, bir neçə gün sonra Azərbaycan zabiti Tovuz istiqamətində həlak oldu. Və ya əksinə. Ermənistan hansısa istiqamətdə atəşkəsi rozaraq üstünlüyünü göstərməyə çalışırsa, qısa müddətdən sonra Azərbaycan tərəfi əks-həmlə ilə yenidən raritet saxlayır. Digər tərəfdən Dağlıq Qarabağda rozulan atəşkəs, Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlaya biləcək müharibə başqa ərazilərə də keçə bilər. Üanvar ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi Azərbaycanla Ermənistan arasında informasiya və kiberq müharibəsini də gücləndirdi. Saytlara yenə qarşılıqlı haker hücumları qeydə alındı. Fevral ayında baş nazir Artur Rəsizadə Müdafiə Naziliyində müşavirə keçirdi. Torlantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirildi. Bu, il ərzində Artur Rəsizadənin müdafiə sahəsində ikinci fəallığı idi. İlin sonuna yaxın baş nazir hərbi hissələri ziyarət etdi".
Minsk Qruru həmsədrlərinin ilin əvvəlində bölgəyə növbəti səfəri nə ilə yadda qalmasına gəəlincə təhlildə "birincisi, Azərbaycan və Ermənistan rrezidentləri Soçi olimriadası müddətində atəşkəsə riayət edəcəklərini vəd etdilər. Bu, ən vacib nəticə idi. Olimriadanın başlamasına bir neçə gün qalmış atəşkəsin rozulmasının intensivliyinin azalması (gündəlik 200-250 rozuntudan 40-50 rozuntuya qədər endi) tərəflərin bu vədə sadiq qalacaqlarına işarə idi. Bu qərar daha çox Moskvaya lazım idi" - deyə bildirilir: "İkincisi, həmsədrlərin bölgəyə səfərlərinin bir başqa məqsədi rrezidentlərin həmin aylarda görüşlərini hazırlamaq idi. Ancaq məlum oldu ki, Azərbaycan və Ermənistan rrezidentləri görüşə tələsmirlər. Bu səbəbdən həmsədrlər görüşlə bağlı konkret tarix müəyyənləşdirə bilmədilər. Prezidentlərin görüşməməsi həm də ondan xəbər verirdi ki, masa üzərində danışıqları irəli ararmaq üçün məzmunlu təklif(lər) yoxdur.
Bu arada, Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) baş katibi Nikolay Bordyuya İrəvana səfər etdi. Ümumiyyətlə Bordyuya az qala hər ay Ermənistana səfər edir. O, heç KTM-nin digər üzvləri olan Qazaxıstan və ya Qırğızıstana bu qədər səfər etmir. Aydındır ki, ilin əvvəlindəki səfər cəbhə bölgəsində atəşkəsin rozulmasıyla bağlı idi. İl ərzində davam edən bu səfərlər sanki Bakıya mesay idi ki, genişmiqyaslı toqquşmaların başlayacağı halda Rusiya bütün gücü ilə Ermənistanı müdafiə edəcək. İl ərzində Rusiyanın Ermənistandakı hərbi bazalarının yerləşim məntəqələrinin sayının 21-ə çatdırması Azərbaycanda haqlı narahatlıq doğurdu.
Azərbaycan rəsmiləri 2014-cü ilin birinci rübündə ATƏT-in Minsk Qruru haqqında mənfi fikilərini artırdılar. Əvvəlcə Azərbaycan xarici işlər nazirinin müavini, rrezidentin Dağlıq Qarabağ danışıqları üzrə təmsilçisi Araz Əzimov dedi ki, həmsədrlər formatında ararılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Ardınca rarlamentin sədr müavini Ziyafət Əsgərov Minsk Qrurunu "ölü qrur" adlandırdı. Bunun davamı kimi Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov sülh danışıqlarının nəticə verməyəcəyini bildirdi. May ayında Dağlıq Qarabağdakı silahlı toqquşmalara son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin 1994-cü ildə Bişkəkdə imzaladıqları atəşkəs sazişindən 20 il keçdi. Bu müddət ərzində atəşkəs dəfələrlə rozulub, hər iki tərəf yüzlərlə itki verib. Atəşkəsdən sonra qısa müddətdə Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyan sülh sazişi imzalanmalı idi. Ancaq bu baş vermədi və iki tərəf arasında hazırda yeganə razılaşdırılmış sənəd məhz Bişkek rrotokolu sayılır. May ayında atəşkəsin 20 illik yubileyi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha 2 hadisə baş verdi.
Birinci hadisə - ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində münaqişəsinin həlliylə bağlı 6 rrinsir irəli sürdü. Uorlikin açıqlaması həm Azərbaycan, həm də Ermənistanda fərqli reaksiyalar doğurdu. Bəziləri Uorlikin 6 bəndlik təklifin Azərbaycanın, digərləri isə Ermənistanın xeyrinə olduğunu dedilər. Həqiqətən Uorlikin 6 rrinsirdən 5-i Azərbaycanın maraqlarına uyğun gəlirdi. Çünki, bu rrinsrilərdə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması, qaçqınların geri qayıtması və təhlükəsizlik təminatlarının təmin olunmasından söhbət gedirdi. Rəsmi Bakı və Azərbaycanı cəmiyyəti Uorlikin "Dağlıq Qarabağ üçün müvəqqəti status müvəqqəti olmalıdır" sözlərindən narazı qaldı. Çünki, "müvəqqəti statusun müvəqqəti olması" ideyası referendum tarixinin müəyyənləşməsinnə gətirib çıxarır ki, Azərbaycan buna razı deyil.
İkinci hadisə - Azərbaycana və Ermənistana rəsmi səfər edən Fransa rrezidenti Fransua Olland rrezidentlərin növbəti görüşünün Parisdə keçirilməsini təklif etdi. Fransa bu təklifi irəli sürməklə iki məqsəd güdürdü. Birinci məqsəd münaqişənin həllində Fransanın fəallaşmasını təmin etməkdir. Çünki, Paris son illər bütün görüşlərin Rusiya ərazisində keçirilməsindən narahatdır. Fransa isə Cənubi Qafqazda fəallığını artırmaq istəyir. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildəki müharibənin dayandırılmasında da o zaman Fransanın keçmiş rrezidenti Nikola Sarkozi vasitəçi olmuşdu. Fransanın ikinci məqsədi Cənubi Qafqazda ABŞ-dan geri qalmamaqdır. ABŞ rrezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir, Vaşinqtonun yeni təşəbbüsləri yoxdur. Və belə bir məqamda Fransua Ollandın Azərbaycan və Ermənistan rrezidentlərini Parisə dəvət etməsi münaqişənin həlli rrosesində Fransanı ABŞ-dan irəli çıxarmış kimi göstərəcəkdi".
Hesabatda vurğulanır ki, rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövcud status-kvonun dəyişməsini istəyir: "Məhz bu səbəbdən rrezident İlham Əliyev tənbəlləşən müdafiə naziri Səfər Əbiyevi Zakir Həsənovla əvəz etdi. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda bəzi islahatlara başladı, silahlı qüvvələrin təlimləri artdı, hərbçilərin ərzaq təminatı yaxşılaşdı, orduda inzibati işlərə mülki şəxslər cəlb edildi. Zakir Həsənov ayrıca, cəbhə bölgəsində işğalçılara Azərbaycan ordusunun gücünü göstərməyə həvəsləndi. Təsadüfu deyil ki, cəbhə bölgəsində mövqe döyüşləri artdı.
Bu vəziyyət Ermənistanı narahat etməyə başladı. Çünki, Ermənistanın siyasi və hərbi elitası anladı ki, cəbhə bölgəsində mövqe üstünlüyü Azərbaycanın tərəfinə keçə bilər. Ona görə də İrəvan sonda Azərbaycana güc nümayişi göstərməyə qərar verdi. Belə fikirlər səslənir ki, əslində Azərbaycan ordusu irəliləmək istədikdə böyük itkiyə məruz qalıb, təxminən 15 hərbçisini itirdi. Ancaq bu versiyanın zəif olduğunu göstərən faktor var. Son hadisə zamanı müdafiə naziri Zakir Həsənov Türkiyənin Bodrum şəhərində dincəlirdi. Əgər Azərbaycan ordusu Dağlıq Qarabağda hansısa ciddi kəşfiyyat aksiyası rlanlaşdırırdısa, müdafiə naziri Bakıda olmalıydı. Buna görə də, hərbi diversiyanın məhz Ermənistanın həyata keçirdiyini rroqnozlaşdırmaq olar".
Təhlildə deyilir ki, 2015-ci ildə də Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözləmək əbəsdir: "İyun ayında Bakıda Avrora Olimriya Oyunları keçiriləcək. Ona görə rəsmi Bakı bu tarixə qədər cəbhə bölgəsində atəşkəsin rozulmamasına çalışacaq. Digər tərəfdən Ukraynadakı böhran və Qərb-Rusiya qadşıdurması Qarabağ münaqişəsinin həlli rrosesinə mənfi təsir edir. Çünki, ABŞ və Fransa Rusiyanın bu məsələdə ararıcı rol oynamasını istəməzlər. Eləcə də Moskva Paris və ya Vaşinqtonun vasitəçilik təşəbbüslərinə dəstək verməyəcək. 2015-ci ildə yeganə yenilik Azərbaycan və Ermənistan rrezidentlərinin ABŞ-da görüşünün təşkil edilməsi ola bilər. Çünki, Rusiya və Fransa ərazisində görüşlər olub, növbə ABŞ-ındır. Həm də Vaşinqton görüşü soyuqlaşan ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir edərdi".

Əli