Donetskdə qızğın döyüşlər gedir Dünya

Donetskdə qızğın döyüşlər gedir

Poroşenko isə Putinin təklifini rədd edib

Cavid

Donetsk hava limanı uğrunda şiddətli döyüşlər gedir. Məlumatlara görə, Ukrayna ordusu ilə separatçılar arasında gedən şiddətli döyüşlərdə 4 əsgər ölüb.
Ukraynanın Rusiya ilə sərhəd Donetskə yeni qüvvələr və hərbi təchizat yerlədirməsindən sonra separatçılar intensivləşib.
Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna ordusunun geniş miqyaslı hücuma keçməyə hazırlaşdığını bəyan ediblər.
Xatırladaq kli, son iki gündə Ukrayna ordusu 10 əsgər itirib, 18 əsgər isə yaralanıb.
Ukraynanın ordu sözçüsü Andrey Lısenko son 24 saat ərzində 6 əsgərin həlak olduğunu, 18-nin isə yaralandığını bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko isə Rusiya prezidenti Vladimir Putinin təklifini rədd edib.
Putinin separatçılarla döyüşlərdə ağır artilleriyadan istifadə edilməməsi təklifinə Ukrayna prezidentinin cavabı özünü çox gözlətməyib. Poroşenko qarşılığında heç bir şey təklif olunmadığından Putinin təklifindən imtina edib.
Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın bu addımından təəssüfləndiyini bildirib.
"Moskva Ukraynada baş verən döyüşlərdən çox narahatdır. Yenə Donetskdə dinc insanlar ölür, yaşayış sahələri atəşə tutulur".
Bu arada Ukrayna qoşunları son həftələrdə itirilmiş Donetsk hava limanını qiyamçılardan geri ala biliblər.
Ukrayna hərbçiləri son əməliyyatlar nəticəsində separatçıların istehkamı olan Donetsk şəhərinə yaxınlaşıblar.
Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə keçirilən dinc yürüşün iştirakçıları qarşısında etdiyi çıxışında deyib ki, Ukrayna bir qarış torpağından da keçməyəcək.
"Biz Donbası geri alacağıq" – deyə prezident bildirib.
Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko isə deyib ki, Kiyev atəşkəsdən istifadə edərək müharibəni yenidən başlatmaq üçün silahlı qüvvələr və ağır texnikasını Donbasa yerləşdirir.
"Hazırda Donetsk və Luqanskın yaşayış məskənləri "Qrad" və "Uraqan" iriçaplı reaktiv yaylım sistemlərindən atəşə tutulur. Başa düşmək olar ki, Kiyev ötən il qiyamçılar tərəfindən uğradıldığı ağır məğlubiyyətin əvəzini çıxmağa hazırlaşır. Buna görə də Ukrayna ağır texnikanın cəbhə xəttindən uzaqlaşdırılması təklifini həmişə rədd edib", - Zaxarçenko deyib.
Onun sözlərinə görə, Kiyev müharibəni yenidən alovlandırmaq niyyətindədir.