İstanbulda Rusiyaya qarşı aksiya keçiriləcək Dünya

İstanbulda Rusiyaya qarşı aksiya keçiriləcək

Türkiyənin İstanbul şəhərində Rusiya əleyhinə aksiya keçiriləcək. Kırım Türkləri Kültür və Yardımlaşma Dərnəyi tərəfindən martın 8-də təşkil olunan aksiya Rusiyanın İstanbuldakı Baş konsulluğunun binası qarşısında keçiriləcək.
Piketdə yarmadanın Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi cəhdlərinə etiraz ediləcək. Türkiyə dövlətindən və beynəlxalq təşkilatlardan məsələyə sərt münasibət bildirilməsi tələb olunacaq.
Krım türkləri aksiyada dədə-baba yurdlarının ikinci dəfə rus istilasına məruz qalmasına etiraz edəcəklər.