İspaniyada iyun ayında “COVİD pasportları” tətbiq ediləcək Dünya

İspaniyada iyun ayında “COVİD pasportları” tətbiq ediləcək

İspaniyanın Turizm naziri Reyes Maroto peyvənd olunmanı təsdiq edən ("yaşıl sertifikatlar" və ya “COVİD pasportları” kimi adlandırılır) sənədin iyunun ayına qədər ölkədə tətbiq ediləcəyini söyləyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, nazir bunun xarici turistlərin ölkəyə daxil olmasına imkan verəcəyini deyib.

O əlavə edib ki, “COVİD pasportları” tətbiq edilməzdən əvvəl, ispanların azı 70 faizinin aşılanması lazımdır. “Bu temp birbaşa “AstraZeneca” peyvəndinin tədarükündən asılıdır. Lakin, pasportların nə vaxt hazırlanacağı barədə dəqiq tarix göstərmək hələ çətindir”.

R.Maroto turistlərin daha çox ziyarət etdikləri Balear adalarının rəhbərliyinin bölgədə ilk pilot lahiyəsi kimi təklifini qəbul etməyib. O, pasportların eyni anda ölkənin hər yerinə tətbiq edilməsini tərəfdarı olduğunu bildirib.