Con Makkeyn: “Amerikaya ar olsun” Dünya

Con Makkeyn: “Amerikaya ar olsun”

"Dünəndən bu günə bu gülünc kağız parçası Ukrayna hərbçilərinin ölümlərinin qarşısını almaq üçün heç nə etməyib". Bunu ABŞ senatoru Con Makkeyn söyləyib. O, Ukrayna hərbçilərinin öz torpaqlarını müdafiə etmək üçün yetərincə iradəyə sahib olduğunu bildirib: "Ukraynalıların bu təcavüzə müqavimət göstərməyə yetərincə iradəsi var. Bununla yanaşı, onlar heç kimdən onların əvəzinə vuruşmağı xahiş eləmirlər. Onlar yalnız təcavüzkarlardan ölkəsini qorumaq üçün demokratiya vəkillərindən müdafiə vasitələri istəyirlər. Onların ümidlərini puç elədiyimizə görə bizə ar olsun".