Rusiya XİN-dən şok açıqlama Dünya

Rusiya XİN-dən şok açıqlama

"ABŞ hava-desant briqadasının hərbçiləri artıq Ukraynadadır"

Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bəyan edib.
"Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər", - deyə A. Lukaşeviç bildirib.
O deyib ki, ABŞ-ın Ukraynaya kütləvi şəkildə silah göndərməyə başlamaq niyyətində olması barədə xəbərlər də ciddi narahatlıq doğurur. Rusiya XİN nümayəndəsi ABŞ Konqresində Ukrayna hərbçilərinin təliminə və təchizatına 1 milyard dolların ayrılması haqqında xüsusi qanun layihəsi hazırlandığını da söyləyib.
A. Lukaşeviç qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi münaqişənin sülh yolu ilə həlli prosesini pozacaq və yeni eskalasiyaya gətirib çıxaracaq: "Ukraynaya silah göndərilməsi Rusiya Federasiyasının təhlükəsizliyini də təhdid edir. Bildiyiniz ki, bizim ölkənin ərazisi dəfələrlə Ukrayna tərəfindən atəşə məruz qalıb".
A. Lukaşeviç qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi münaqişənin sülh yolu ilə həlli prosesini pozacaq və yeni eskalasiyaya gətirib çıxaracaq: "Ukraynaya silah göndərilməsi Rusiya Federasiyasının təhlükəsizliyini də təhdid edir. ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdəki təlimləri də Ukraynadakı münaqişənin nizamlanması üçün ağır nəticələrə gətirib çıxara bilər".
"Mən bunu təxribat adlandırardım", - deyə rusiyalı diplomat vurğulayıb.
Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır.
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov isə deyib ki, NATO Ukraynada yaranmış vəziyyətdən Rusiyada Federasiyasının sərhədlərinə yaxınlaşmaq üçün istifadə edir: "Biz diqqət yetirdik ki, NATO ölkələri diplomatik sözləri bir kənara atmaq və Rusiya sərhədlərinə doğru irəliləmək üçün Ukrayna məsələsindən bəhanə kimi istifadə etdilər", - deyə nazir müavini söyləyib.
A. Antonov qeyd edib ki, o, alyans tərəfindən Rusiya sərhədlərində nə qədər təlim keçirildiyini və Rusiya sərhədləri boyunca nə qədər hərbi uçuş həyata keçirildiyini yoxlatdırıb: "Deyə bilərəm ki, NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir. Altı qərargahın yaradılması barədə (məsələn, Baltikyanı ölkələrdə) son qərar yalnız bir şeyi göstərir: əvvəlki bütün vədlər unudulub, NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir".
A. Antonovun sözlərinə görə, NATO simurq kimi dirçəlməyə imkan tapıb: "Hər kəs Sovet İttifaqının dağılmasından (təəssüf ki) sonra düşünürdü və arzulayırdı ki, növbəti düşmən kim olacaq. Artıq gözəl bir imkan var – Rusiyanı düşmənə çevirmək".
Nazir müavini Münhen təhlükəsizlik konfransında iştirak etdiyini və NATO ölkələrinin, xüsusən Rusiya ilə həmsərhəd ölkələrin nümayəndələrinin çıxışlarındakı anti-Rusiya tonundan kədərləndiyini söyləyib. Bununla yanaşı, o, NATO-nun fəallığının Rusiya üçün ciddi təhlükə törətmədiyini vurğulayıb: "Rusiya Silahlı Qüvvələri adekvat fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyi vəziyyətin istənilən inkişafına hazırdır və durum daim təhlil edilir".