"Londonla Pekin arasında münasibətlərdə bir qisim suallar var"
“Problemlər dialoq, anlayış və paylaşım yolu ilə həll olunduqda ailə bağları daha da möhkəmlənir”
Polşa Avropaya Rusiyadan neft emal edən zavodlara sanksiya tətbiq etməyi təklif edib
Qrenlandiyada ABŞ bayrağını qaldırmaq cəhdinin qarşısı alınıb
24 Dekabr 2023 10:23
3 241
Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi müddəti başa çatır.
Trend-in məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 45 gün qalanadək, 2023-cü il dekabrın 24-dək Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməlidir.
Bununla yanaşı, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilmə müddəti dekabrın 24-də başa çatır.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
12:28
889
10:46
770
09:36
854