Zahid Oruc: ”Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”
Rəsmi Bakı: Azərbaycan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri bundan sonra da davam edəcək
9-cu siniflər üzrə buraxılış imtahanında 8 nəfər maksimal bal toplayıb
İsrail səfiri: Azərbaycanla münasibətlərimiz genişlənməkdə davam edir
16:41
588
Bu gündən “e-Sosial” mobil tətbiqi “mygov” platformasına tam inteqrasiya olunması ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində görülən işlərin davamı olaraq tətbiqdəki xidmətlər “mygov” platformasına tam inteqrasiya olunub.
Bununla əlaqədar vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan rəqəmsal xidmətlərə mobil vasitələrlə çıxışı bundan sonra yalnız “mygov” mobil tətbiqi vasitəsilə təmin ediləcək.
Qeyd edək ki, sosialyönümlü xidmətlərin vahid rəqəmsal ekosistemdə cəmləşdirilməsi dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təşkilinə, rəqəmsal resurslardan səmərəli istifadə və texnoloji infrastrukturun optimallaşdırılmasına, eyni zamanda xidmətlərin daha proaktiv və effektiv şəkildə təqdim olunmasına xidmət edir.