Əraqçı Yaxın Şərq ölkələrindəki həmkarları ilə telefon danışığı aparıb Dünya

Əraqçı Yaxın Şərq ölkələrindəki həmkarları ilə telefon danışığı aparıb

İranın xarici işlər naziri Abbas Əraqçı bir sıra Yaxın Şərq dövlətlərinin xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə onun "Telegram" kanalındakı paylaşımda bildirilir.

Qeyd olunduğu kimi, regionun bəzi ölkələrinin, o cümlədən Misir, İraq, Qətər, Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə aparılan söhbətlər zamanı Əraqçı onları ABŞ və İsrailin "müharibə və təcavüzünün dayandırılması" ilə bağlı İslam Respublikasının mövqeyi və son təşəbbüsləri barədə məlumatlandırıb.

Məryəm Quliyeva