Meksika sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb Dünya

Meksika sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb

Meksika sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Manzanillo şəhərindən 168 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.