10:52
1 092
İran vasitəçilər vasitəsilə münaqişənin nizamlanması ilə bağlı təkliflər alıb, lakin həmin təkliflər "həddindən artıq sərt və məntiqsiz" tələblərdən ibarətdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.
"Vasitəçilər vasitəsilə aldığımız mesajlar həddindən artıq sərt və məntiqsiz tələbləri ehtiva edir. Buna görə də iranlılar onlara xüsusi ehtiyatla yanaşırlar", — deyə İranın "Al Alam" telekanalı ondan sitat gətirib.
Baqai bir daha əmin edib ki, "hazırda İran və Birləşmiş Ştatlar arasında heç bir danışıqlar aparılmır".
Məryəm Quliyeva