"Azərbaycan multikultiralizm modeli bütün dünyaya örnəkdir" Hadisə

"Azərbaycan multikultiralizm modeli bütün dünyaya örnəkdir"

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Türkiyənin www.sonnoktahaber.com və www.koridorgazetesi.com saytlarında dərc olunub.

"Azərbaycan multikultiralizm modeli bütün dünyaya örnəkdir" başlıqlı yazıda Azərbaycanda yaşayan azsaylı xalqlardan biri - yəhudilərdən bəhs edilib. Yazıda Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudiləri icmaları haqqında qısa məlumat verilib. Qeyd olunub ki, Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb, kollec və 3 uşaq bağçası fəaliyyət göstərir.

Daha sonra Bnai Brtith İnternational beynəlxalq yəhudi təşkilatının Azərbaycan üzrə nümayəndəsi Murad Salmanın fikirlərinə geniş yer ayrılıb.

O bildirib ki, tolernatlılıq və özündən fərqli olana hörmətlə yanaşmaq Azərbaycan xalqı üçün ən əsas prinsiplərdən biri olub. Tarix boyu Azərbaycan müxtəlif millətlərin və konfessiyaların sülh içində yaşadığı bir məkandır. Azərbaycan xalqı tarix boyu öz qonaqprəvərliyi, mərdliyi və başqa xalqlara hörmətlə yanaşması ilə fərqlənib. Tolerantlıq və multikultiralizm Azərbaycan dövlətinin ən başlıca siyasətindən biridir. Azərbaycanda yaşayan bütün xalqlara qarşı multikultural və tolerant münasibət var. Ölkəmizdə yaşayan müxtəlif millətlər və konfessiyalar hər zaman Azərbaycan dövlətindən və xalqından qayğı və diqqət görüb. Tolerantlıq və multikultiralizm Azərbaycan xalqının həyat tərzinə çevrilib. Tarix boyu Azərbaycan xalqı ona pənah gətirən bütün xalqlarla mehriban və sülh şəraitində yaşayıb.

M.Salman qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikultiralizm siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Yazının tam mətni ilə aşağıdakı linklərdə tanış ola bilərsiz:http://www.sonnoktahaber.com/azerbaycan/azerbaycanin-cok-kulturluluk-modeli-tum-dunyaya-ornek-oluyor/8161/ https://www.koridorgazetesi.com/azerbaycan/azerbaycanin-cok-kulturluluk-modeli-tum-dunyaya-ornek-oluyor/