Məhkəmə son söz üçün Əjdər Ola bir həftə vaxt verdi Hadisə

Məhkəmə son söz üçün Əjdər Ola bir həftə vaxt verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim son söz üçün Əjdər Cəbiyeva müraciət edib.

Təqsirləndirilən bildirib ki, o, son söz deməyə hazır deyil və məhkəmədən vaxt istəyib.
Hakim son söz üçün Əjdər Cəbiyeva bir həftə vaxt verib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Əjdər Cəbiyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.