 
                
                
                
             
                
                
                
            İtkin düşən hərbçi Teymur Allahverdiyevin nəşinin qalıqları Neftçalada dəfn olunub - FOTO
Rusiya səfiri: Azad edilmiş Qarabağ yeddinci səfərimdir, bütün təəssüratlarım müsbətdir
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB
Astarada əvvəllər məhkum olunmuş şəxsdən 27 kq götürülüb - VİDEO
 23 May  2022 10:18
23 May  2022 10:18 2 982
2 982
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən  verilən xəbərə görə, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketinin bir istiqaməti də onlara sosial ödənişlərin təyinatıdır.
Postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib.
Təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının heç bir müraciəti olmadan, elektron sistem üzərindən, proaktiv qaydada aparılıb.
Sosial ödənişlər avtomatik təyin olunduqdan sonra həmin şəxslərə bu barədə, həmçinin ödəniş kartlarını nə zaman və hansı bankdan əldə edəcəklərinə dair məlumat göndərilib.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    