SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
2 İyun 2022 16:38
3 360
Bir qrup Vətən müharibəsi qazisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasına zərər vurması Azərbaycan qazisinə yaraşan hərəkət deyil.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, qazilər bu etirazı dinc şəkildə həyata keçirə bilər.
"Təbii ki, bu hadisənin baş verməsinə hansısa səbəb var. Amma bu, o demək deyil ki, qazilər bu cür qanunsuz hərəkət etsinlər. Müharibə iştirakçılarının bütün problemləri diqqətdə saxlanılmalı, vaxtında həllini tapmalıdır. Əgər bu problem həll edilməyibsə, bunun üçün müvafiq icra orqanları var və həmin orqanlara müraciətlər olunmalıdır. Qazilərin müraciət edib haqlarını tələb etmək ixtiyarı var, amma bunu qanun çərçivəsində etməlidirlər.
Dövlət qurumunun inzibati binasına hücum edib, qanunazidd hərəkətlər etmək düzgün deyil. Mən təklif edərdim ki, bəzi qazilərimiz belə addım atmaqdansa, qanun çərçivəsində problemlərini yuxarı orqanlara çatdırsınlar. Cinayət tərkibi daşıyan inzibati qanun pozuntularına yol vermək Azərbaycan qazisinə yaraşmır", - hərbi ekspert deyib.
R.Məmmədli bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri və digər aidiyyəti qurum rəhbərləri qazilərin problemləri ilə bağlı ciddi tədbirlər görməlidir.
3 Aprel 17:44
1 099
3 Aprel 17:39
1 113
3 Aprel 15:53
1 211