Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
15:07
497
Orta Dəhliz iki ildə 15 dəfə böyüyüb.
APA xəbər verir ki, bunu Qazaxıstanın TALAP Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru Raxim Oşakbayev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.
“Bu, Orta Dəhlizdir və forumumuzun simvoludur. Orta Dəhliz iki il ərzində 15 dəfədən çox böyüyüb. Bu, böyük uğurdur”, - deyə Rakhim Oşakbayev bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Qazaxıstan üçün də ən mühüm prioritetlərdən biridir.
Raxim Oşakbayev qeyd edib ki, Çin və Avropa arasında yükdaşımaların böyük hissəsi hələ də şimal marşrutu ilə həyata keçirilir və Orta Dəhlizin inkişafı nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O, Azərbaycanla birlikdə qarşıda duran əsas çağırışlardan birinin Xəzər dənizinin dayazlaşması olduğunu da diqqətə çatdırıb.
“Son 20 ildə Xəzər dənizinin şimal hissəsində sahil xətti 56 kilometrədək geri çəkilib. Son beş ildə bu prosesin sürəti ildə 30 santimetrə qədər çatıb. Bu tendensiya davam edərsə, yeni dəhlizin dayanıqlılığı və fəaliyyət xərcləri ölkələrimiz üçün böyük çağırış olacaq”, - o əlavə edib.