“Unikal” 12 yaşını qeyd edir Hadisə

“Unikal” 12 yaşını qeyd edir

"Unikal" qəzeti və "Unikal.org" xəbər portalının fəaliyyətə başlamasının 12 ili tamam olur.

Modern.az xəbər verir ki, ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti Medianın İnkişafı Agentliyindən (MEDİA) maliyyələşir və layihə icra edir.

Unikal.org Xəbər Portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlərlə çıxır.

Hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.