“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub - YENİLƏNİB
Yol polisi dağlıq yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib
"Prezidentin Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlayırıq"- Qüdrət Həsənquliyev
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib
6 İyun 2022 17:41
3 066
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti həbs edilib.
Trend-in məlumatına görə, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirlilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmamasını istəyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-nə təxirə salınıb.
Məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqa təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.