Dünya şöhrətli azərbaycanlı travmatoloq-ortoped Böyük Britaniya Kraliçasına təbrik məktubu göndərib Hadisə

Dünya şöhrətli azərbaycanlı travmatoloq-ortoped Böyük Britaniya Kraliçasına təbrik məktubu göndərib

Dünya şöhrətli azərbaycanlı travmatoloq-ortoped, Grampian Universitetinin professoru Hüseynəli İsmayılov Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli bayramı – Təvəllüd gününüz münasibətilə, eyni zamanda Platin yubileyiniz –taxtda olmağınınzın 70 illiyi ilə əlaqədar Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan əsilli, Tibb elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının Akademiki, Professorluq dərəcəsini 40 yaşında Grampian Universitetində almış, dünyada boyuzatma rekordu üzrə birinci yeri əldə etmiş, hazırda İraqın Bağdad şəhərində yerləşən Akademik İlizarov adına Rusiya Travmatologiya, Ortopediya və Reablitasiya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Hüseynəli İsmayılovam.
Mən dünyanın 86 ölkəsinin mütəxəssislərinə elmi rəhbərim Akademik İlizarov metodunun öyrənilməsini tədris etmişəm. İngiltərəyə işgüzar səfərim isə 1998, 2001, 2004-cü illəri əhatə edir. Londonda, Liverpulda, Edinburqda, Şheffielddə, Aberdində elmi məruzələrlə çıxışlar etmişəm. London, Liverpul və Aberdin ( Şotlandiya) şəhərlərində müxtəlif potologiyaları olan xəstələrlə (120 xəstə), konsultasiya və nümayiş əməliyyatları (12 xəstə) aparmışam. Böyük Britaniya Kral xəstəxanasının rəhbərliyindən xüsusi təşəkkür almışam. BBC –yə dəfələllə müsahibə vermişəm.

2004-cü ildə İngiltərənin Leicester şəhərində əlin patologiyasi üzrə keçirilən beynəlxalq konqresdə mənim elmi- klinik məruzəm böyük alqışlarla qarşılandı. Həmin vaxtda İngiltərə Beynəlxalq Əl Cərrahiyəsi Cəmiyyətinə üzv seçildim.

Amma, mənim üçün ən yadda qalan və unudulmaz xatirə 2001-ci ildə İngiltərədə olduğum zaman, anadangəlmə əlin əyriliyi qüsuru ilə müalicə etdiyim 13 yaşlı Rachel Goffin müalicədən sonra tamamilə sağalaraq öz əlləri ilə kompyuterdə hazırladığı təşəkkür məktublarıdır.

Ülyahəzrət,
Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram”.