Azərbaycana təkrar səfər edənlər daha çox hansı ölkələrin vətəndaşlarıdır? Hadisə

Azərbaycana təkrar səfər edənlər daha çox hansı ölkələrin vətəndaşlarıdır?

Azərbaycana təkrar səfər edənlər daha çox ərəb ölkələrinin vətəndaşlarıdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, ərəb ölkələrinin vətəndaşlarından başqa müalicə-sağlamlıq turizmi ilə bağlı səfər edənlər də yenidən gəlirlər.

"Bunun da əsas səbəbi müalicə-sağlamlıq turizmi ilə bağlı ölkəmizə gələn turistlərin burada şəfa tapmasıdır. Müalicə-sağlamlıq turizmi ilə bağlı ölkəmizə gələn turistlər arasında əsas üstünlüyü Rusiya və Qazaxıstan vətəndaşları təşkil edir", -deyə Ə.Qurbanov bildirib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.

Əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İranda, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib.