

Avstriya Tehrandan Bakıya köçürülən səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Nazirlik: Pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur
Kreml Putin-Tramp telefon danışığının kimin təklifi ilə baş tutduğunu açıqlayıb
Şöbə müdiri: Naxçıvanın iki kəndində müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır
İyunun 28-də Aşqabadda Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, həmin iclas iyunun 29-a planlaşdırılan altıncı Xəzər sammitinin hazırlığına həsr olunacaq.
M.Zaxarova xatırladıb ki, nazirlərin bu formatda əvvəlki görüşü Aktau şəhərində keçirilmişdi:
"Xatırladım ki, 2018-ci il avqustun 11-də Xəzər dənizinin hüquqi statusu barədə konvensiya tarixi sənədi imzalanmışdı. Aşqabadda XİN rəhbərlərinin görüşündə Xəzərdəki əməkdaşlığın icmalını nəzərdən keçirmək və Xəzər "beşliyi"nin prezidentlərinin qarşıdakı görüşünə hazırlıq çərçivəsində gələcək əməkdaşlığı müzakirə etmək planlaşdırılır", - deyə o bildirib.