“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
22 İyun 2022 21:09
3 129.jpg)
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.
Trend FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
30 Dekabr 18:03
1 421
30 Dekabr 18:01
1 211
30 Dekabr 17:36
1 302