Bakıda bu yollarda sıxlıq yaranıb - SİYAHI Hadisə

Bakıda bu yollarda sıxlıq yaranıb - SİYAHI

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər, Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yolda, Tbilisi prospektində, 20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

Həmçinin, Rövşən Cəfərov küçəsində, 20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda, Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində, Ziya Bünyadov prospektində - Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda da sıxlıq var.