Bessent: ABŞ və Çin 15-16 mart tarixlərində ticarət danışıqları keçirəcək
İran XİN: ABŞ-ın Yaxın Şərqdəki hərbi infrastrukturu regionu qeyri-sabitləşdirir
İran: ABŞ səhvinin əvəzini çıxana qədər münaqişəyə son qoymayacayıq
Putin Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma “bunun uyğun olduğuna inanmıram”
29 İyun 2022 20:26
2 772
Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı -2022" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə iştirak edib.
Əvvəlcə qonaqlara təlimin gedişatı, qarşıya qoyulan tapşırıqların məqsədi və yerinə yetirilmə dərəcəsi barədə brifinq təqdim olunub, Sonra "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təlimi ilə bağlı qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə qardaş, dost və müttəfiq ölkələrin hərbi hava qüvvələrinin şəxsi heyəti ilə birgə keçirilən beynəlxalq təlimə Türkiyənin ev sahibliyi etməsinin qürurverici amil olduğu diqqətə çatdırılıb. Təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib və onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulanıb.
Sonra qonaqlara Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun iştirakı ilə nümunəvi uçuşlar təqdim olunub.
Sonda xatirə fotosu çəkdirilib.




