Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
19 İyul 2022 11:15
3 290
Bakıda özünü binadan atan qadının vəziyyəti çox ağırdır.
Kliniki Tibbi Mərkəzdən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü ananın vəziyyəti çox ağırdı.
"Çox saylı sümük sınığı xəsarəti ilə gətirilib. 2019-cu il təvəllüdlü uşağln vəziyyəti ona nisbətən yaxşıdır. Qol və bud nahiyəsində sınıqlar var. Ancaq vəziyyəti ağır stabildir",-məlumatda bildirilir.
Xatırladaq ki, Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
13 Sentyabr 14:53
728
13 Sentyabr 14:52
714
12 Sentyabr 18:12
987