Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
Sahibə Qafarova Misirin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
"Türkiyə gəmisi ilə bağlı insident Rusiya tərəfindən şəffaf araşdırılmalıdır" - POLİTOLOQ
“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb
ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq
21 İyul 2022 14:48
2 667
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iki azərbaycanlını saxlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.
Qeyd olunub ki, aparılan operativ istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş N. N və 1977-ci il təvəllüdlü R. M saxlanılıb.
Bildirilib ki, istintaq nəticəsində saxlanılan şəxslərin 2002-ci il təvəllüdlü F.O-nu evlənmək məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etdiyi müəyyən edilib.
Məlumatda o da qeyd olunub ki, intensiv əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan qızın yeri müəyyənləşdirilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.