Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
22 İyul 2022 10:20
2 562
İraqın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Bu barədə "Xalq Cəbhəsi"nə İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində Bağdad Ticarət Palatasının İdarə Heyətinin üzvü cənab Alaa Nurun başçılıq etdiyi biznes nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov arasında görüş baş tutmuşdur.
Görüş əsnasında tərəflər İraq və Azərbaycan iş adamları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə həmçinin, İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Maki Ressan Əl-Mamori da iştirak edib. O, çıxışı zamanı qarşılıqlı fayda əldə etmək üçün hər iki ölkədə ticarətin və investisiyaların stimullaşdırılmasına çağırıb.
Səfər çərçivəsində qonaqların Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sumqayıt Texnologiyalar Parkı və bir sıra yerli şirkətlər ilə görüşü nəzərdə tutulub.
Cavid
25 Sentyabr 18:21
1 470
25 Sentyabr 17:17
1 239
25 Sentyabr 17:16
1 162


