9 Avqust 2022 10:54
2 352
Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.
Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
13:28
721
12:48
798
12:48
952