Slovakiya ABŞ-dən daha 4 ədəd "F-16" alacaq Dünya

Slovakiya ABŞ-dən daha 4 ədəd "F-16" alacaq

Slovakiya hökuməti ABŞ-dən daha dörd "F-16" qırıcısının alınmasını təsdiqləyib. Təyyarələrin dəyəri ƏDV və gömrük rüsumları nəzərə alınmadan 390 milyon avro qiymətləndirilir

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Denník N" nəşri məlumat yayıb.

Slovakiya artıq 14 ədəd "F-16" qırıcısı alıb, bunlardan 10-u ölkədədir. Daha dördü isə slovakiya pilotlarının hazırlanması üçün Arizonada istifadə olunur. Bununla belə, Müdafiə Nazirliyi qeyd edir ki, mövcud park taktiki aviasiyanın gələcək inkişafı üçün kifayət deyil.

Qurumdan vurğulanıb ki, təyyarələrin tədarükü ilə paralel olaraq, onların uzunmüddətli istismarı üçün zəruri olan infrastrukturlar, o cümlədən pilotların və texniki heyətin hazırlanması, logistika və servis təminatı, həmçinin təlim sistemi yaradılır.

Məryəm Quliyeva