Masallıda çətənə yetişdirən şəxslər saxlanılıb Hadisə

Masallıda çətənə yetişdirən şəxslər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayon sakinləri C.Xamiyev və Ş.Quliyev saxlanılıblar. Onların kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə yaş çəkisi 11 kiloqramdan artıq 21 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.