Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
4 Oktyabr 2022 08:09
2 422
Almaniyanın Hannover şəhərində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin anım mərasimini keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə azərbaycanlı xanımlar bir araya gəliblər. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Tədbirdə çıxış edən “Bakı” cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva Ermənistanın ölkəmizlə dövlət sərhədində törətdiyi son təxribatları hiddətlə pisləyib. Soydaşımız beynəlxalq birliyi Ermənistanın azərbaycanlı əsgərlərin və zabitlərin həyatının itirilməsinə gətirib çıxaran hərbi təxribatlarına son qoymağa, rəsmi İrəvanı sülhə sövq etmək naminə qətiyyətli addımlar atmağa çağırıb.
25 Sentyabr 18:21
1 456
25 Sentyabr 17:17
1 232
25 Sentyabr 17:16
1 155