Tovuz bələdiyyələri ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda  görüşlər keçirilib Hadisə

Tovuz bələdiyyələri ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda  görüşlər keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi "Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" adlı layihənin icrasıyla bağlı 4-7 oktyabr 2022-ci il tarixlərində Tovuz rayon bələdiyyələrinin iştirakıyla görüşlər keçirilmişdir.
Keçirilən görüşlərin əsas məqsədi məhz ətraf mühitin qorunması istiqamətində görüləcək işləri müzakirə etmək və bələdiyyələrin bu istiqamətdə öz iş planlarının hazırlanmasına dəstək verməkdir.
Görüşlərinn keçirilməsinə Tovuz RİH–i də yaxından təşkilatı dəstək göstərmişdir. Tovuz rayonunda keçirilən görüşlərdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov), Tovuz RİH-in məsul əməkdaşları Nazim İsmayılov və Şahmar Həsənli, Şəmkir regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Heydər Əliyev və 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsul əməkdaşları Sahib Səmədov və Tofiq Əliyev, Tovuz rayon bələdiyyələrinin sədrləri və bələdiyyə qulluqçuları, iştirak etmiş və ətraf mühitin qorunması istiqamətində fikir mübadiləsi aparılmışdır.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” adlı layihəsinin icrasına sentyabrın əvvəlindən başlanıldığını bildirib. Bu müddət ərzində layihənin icrası ilə bağlı bir sıra təhlil və araşdırma aparılmış və görüşlərin təşkili ilə bağlı bir sıra mərkəzi və yerli icra orqanlarıyla yazışmalar aparılmışdır.
Sədr bildirib ki, üç ay davam edəcək layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial şəbəkələrin imkanlarından istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işləri aparmaqdır.
Tovuz rayon bələdiyyələri ilə keçirilən görüşlərdə də bələdiyyə orqanlarında olan ekologiya məsələsi üzrə komissiyaların “Ətraf mühitin qorunması istiqamətində” səmərəli və çevik fəaliyyəti üçün iş planlarının hazırlaması istiqamətində bir çox təklif və tövsiyyələr verildi. Yekunda qərara gəlindi ki, bu istiqamətdə davamlı olaraq əməkdaşlıq ediləcəkdir.
Cavid