SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq
Azərbaycanla Mərakeş arasında imzalanmış saziş təsdiq edilib
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
31 Oktyabr 2022 13:27
2 450
Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, tədbir Türkiyə Hüquq Platforması tərəfindən Türkiyə Ədliyyə Nazirliyi, Ankara Universiteti Dəniz Hüququ Milli Araşdırma Mərkəzi, Beynəlxalq Hüquqşünaslar Birliyi və Konstitusiya Hüquqşünasları Dərnəyi ilə birgə həyata keçiriləcək.
3-cü Avrasiya Hüquq Qurultayı “Dəniz hüququndakı aktual inkişaflar” mövzusuna həsr olunub. Toplantıya 40 ölkədən 300 nümayəndə qatılacaq.
F.Mustafa tədbirdə müzakirə olunacaq mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq.
Səfər noyabrın 4-də başa çatacaq.