“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
30 Noyabr 2022 09:39
2 933
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuz və İsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub.
Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib.
Qəzənfər Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.




19 Dekabr 20:27
1 036
19 Dekabr 19:54
1 022
19 Dekabr 19:09
1 057