Azərbaycanda kosmik sahənin inkişafı üçün kadr hazırlığına çalışırıq - Firudin Qurbanov Hadisə

Azərbaycanda kosmik sahənin inkişafı üçün kadr hazırlığına çalışırıq - Firudin Qurbanov

Beynəlxalq Astronavtika konqresinin 2023-cü ildə Bakıda keçirilməsini çox yüksək qiymətləndirmək lazımdır.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Astronavtika Federasiyasının Bakıya səfəri zamanı deyib.

O qeyd edib ki, konqresin Bakıda keçirilməsi Azərbaycanın kosmik sahənin inkişafına olan marağını göstərir.

“Ölkəmizdə bu istiqamətdə bir çox layihələr həyata keçirilir. Bu sahənin inkişafı üçün müvafiq kadr hazırlığı olmalıdır. Biz təhsil sistemində çalışırıq ki, gənclərimizi bu sahəyə hazırlaşdıraq”,- deyə nazir müavini bildirib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresine ev sahibliyi etmək hüququ qazanıb. Bakıda keçiriləcək Beynelxalq Astronavtika Kongresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün 2022-ci ilin fevral ayında yerli dövlət qurumlarından ibarət Təşkilat Komitəsi yaradılıb.