QMİ Qubada məscid inşasına 10 min manat ayırdı Hadisə

QMİ Qubada məscid inşasına 10 min manat ayırdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Quba rayonunda səfərdədir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, QMİ sədri Quba Memorial Soyqırımı Kompleksini ziyarət edib. Bundan sonra Şeyxülislam Allahşükür Paşazadə Quba rayonunda yerləşən Hacı Cəfər məscidi ilə tanış olub. O, məscidin təmiri üçün 10 min manat pul ayırıb və məscidə dini ədəbiyyat bağışlayıb.