Hesablama Palatası parlamentdə hesabat verəcək Hadisə

Hesablama Palatası parlamentdə hesabat verəcək

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üzrə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub.
Parlamentdən APA-ya verilən məlumata görə, hesabat deputatlara paylanacaq.
Hesabat aprelin 18-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 8 məsələ daxildir.
Bunlar Hesablama Palatasının hesabatı, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər, "Yol hərəkəti haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqında" "Dəniz limanları haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" və digər sənədlərdir.