Terror aktı regiondakı sülh və normallaşma prosesinə mane olmaq cəhdidir - Xarici ekspertlər Hadisə
- 31 Yanvar 2023 18:14
- 2 016
Xarici ekspertlər və jurnalistlər Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı xaincəsinə törədilmiş terror aktını regiondakı sülh və normallaşma prosesinə mane olmaq cəhdi kimi qiymətləndirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, britaniyalı jurnalist və ekspert Neil Vatson, “Dona Gracia” Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avraham, Fransadakı Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın (İCDD) direktoru Erik Gozlan, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan terror aktını pisləyiblər və Səfirliyimizin təhlkəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması ilə əlaqədar onun ailəsinə başsağlığı veriblər.
Neil Vatson hesab edir ki, İran Azərbaycan‒Ermənistan münasibətlərinin normallaşmasının istənilən perspektivini puça çıxarmaq istəyir, çünki bu, Azərbaycanı regionda daha güclü edəcək. “İran rejimi Azərbaycan‒Türkiyə müttəfiqliyini sarsıtmaq istəyir və İsrailə Cənubi Qafqazda müttəfiq qazandıran güclü Azərbaycan‒İsrail münasibətini sevmir. İran beynəlxalq qanunları və ya təşkilatları saymır”, ‒ deyə N.Vatson vurğulayıb.
Reyçel Avraham xatırladıb ki, bu dəhşətli hücum İranın terrorizmin himayədarı olmasının daha bir nümunəsidir. “İran 1979-cu ildə Amerika səfirliyinə, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə hücum edib, indi – 2023-cü ildə – Azərbaycanın İrandakı səfirliyini hədəf alıb”.
Terror aktından məyus olduğunu bildirən Erik Gozlan nəzərə çatdırıb ki, terror qorxaqların, arqumenti olmayanların və sülhdən imtina edənlərin silahıdır. “Bəzi insanlar Qafqazda sülhü istəmir, lakin bu, hər şeydən əvvəl İranın bu münaqişədə iştirakını göstərir. Avropa və Birləşmiş Ştatlar anlamalıdır ki, İran Qafqazda müharibə oyunu oynayır və onlar nəhayət molla rejiminə yaxın olanların hamısının bu prosesdən kənarlaşdırılmasını tələb edərək, sülhə təkan verməlidir”, ‒ deyə ekspert beynəlxalq birliyi hərəkətə keçməyə çağırıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay
-
Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır
-
Lukaşenko: Kiyev indi danışıqlara getməsə, Ukrayna dövlətçiliyini itirəcək
-
Paytaxtda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görüldü
-
Prezident İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
-
Azərbaycan və Macarıstan arasında sənədlər imzalanıb
-
Sabahın hava PROQNOZU
-
Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
-
Yanvar-mart aylarında İtaliyadan Türk limanlarına 7 milyon tondan çox yük daşınıb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdam şəhərində olublar
-
Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub
-
Peter Siyarto: Ukraynadakı müharibə total uğursuzluqdur
-
Nazir müavini: Macarıstan şirkətləri Qarabağa yatırım etməkdə maraqlıdırlar
-
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
-
Xanada silah-sursat aşkar edilib
-
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
-
Təbrizdə qadın azarkeşlərin stadiuma girişlərinə qadağa qoyulub
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
-
Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər saxlanıldı
-
Rusiya müdafiə nazirinin müavinin əmlakına həbs qoyulub
-
Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?
-
Macarıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır
-
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
-
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
-
Rusiyadan NATO-ya xəbərdarlıq
-
Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi - FOTO/VİDEO
-
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir - FOTO
-
Yanvar-mart aylarında Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ölkədə may ayının 1-dən bu qadağa qüvvəyə minir
-
Premyer Liqa tarixində antirekord
-
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
-
Biləsuvarda kişi çalışdığı mağazada öldü
-
Nərimanovda qadının mənzildə meyiti aşkarlanıb
-
Xankəndidə silah və sursatlar aşkarlandı
-
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
-
792 gündə Rusiya Ukraynada nələr itirib - Rəqəmlər
-
Laçına da şəxsi avtomobillə getmək mümkün olacaq
-
Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər ələ keçib
-
ABŞ-ın yardımı Ukraynaya qələbə qazandırmayacaq
-
Azərbaycanda vəkillərin sayı açıqlanıb
-
ABŞ-ın daimi nümayəndəsi Rusiyanı nüvə müharibəsini qızışdırmaqda ittiham edib
-
Azərbaycan nefti cüzi bahalaşıb
-
Rusiyada Bexterev xəstəliyinin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alınıb
-
Amerikalı general: "NATO-nun Avropadakı təlimləri Rusiyaya qarşı keçirilir"
-
ABŞ və Niger Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edəcək
-
Blinken: "ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır"
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Yaşar Güler avstraliyalı həmkarı ilə görüşüb
-
İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib
-
Çində 2030-cu ilə qədər hər 3 avtomobildən 1-i elektromobil olacaq
-
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
-
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb