

Azərbaycanın uğuruna sevinməyən şəxslər ölkədə çaxnaşma yaratmağa cəhd edirlər.
Trend-in məlumatına görə, bunu vitse-spiker Adil Əliyev deyib.
O bildirib ki, həmin şəxslər insanları qorxutmağa cəhd edirlər: "Bu məqsədlə bu cür hadisələr törədilir. Buna baxmayaraq Azərbaycan bu gün ən təhlükəsiz ölkələrdəndir. Bunu ölkəmizə gələn turistlər də etiraf edirlər. Əminəm ki, digər hadisələr kimi, Fazil Mustafaya qarşı sui-qəsd edənlər də tezliklə tapılacaq və layiqli cəzasını alacaqlar".