

Azərbaycanda daha bir TikToker həbs edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov şikayət əsasında saxlanılıb. Bakı şəhər sakini Azər Əmirov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət edərək Xəqani Hüseynovun onu söyərək təhqir etdiyini bildirib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb.