

Ömər Bulut: Azərbaycan hökuməti Qarabağdakı binaların əslini qoruyaraq bərpa edib
Bakıda Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir
Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Çin, Böyük Britaniyanı Rusiya ilə əməkdaşlığına müdaxilə etməməyə çağırıb
Həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri inşa olunacaq.
Trend xəbər verir ki, bunu bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, mərkəzlər işğaldan azad olunmuş ərazilər bərpa olunduqca inşa ediləcək.
"Bildiyiniz kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində şəhər və kəndlərin, həmçinin mədəni irs obyektlərinin bərpası üzrə işlər davam etdirilir. Bu ərazilərdə şəhər və kəndlər bərpa olunduqca həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri inşa ediləcək", - o deyib.